Xiyabanda hazırlıqlar başa çatıb: 20 Yanvar faciəsinin ildönümü

Xiyabanda hazırlıqlar başa çatıb: 20 Yanvar faciəsinin ildönümü backend

20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında aparılan hazırlıq işləri yekunlaşıb.


APA TV-nin məlumatına görə, bu il xiyabanda fərqli kompozisiya yaradılıb. Belə ki, xiyaban boyu divarlara qara və qırmızı lentlərdən hazırlanmış səkkiz guşəli ulduzlar vurulub. Əraziyə güllərdən xalça döşənilib. Xiyabanın girişində ağ və qırmızı qərənfillərdən ibarət məşəl kompozisiyası hazırlanıb. Giriş hissədəki Şəhidlər Xiyabanı yazılmış lövhənin, eləcə də pilləkənlərin üstü ağ və qırmızı güllərlə bəzədilib.