Sabiq deputatlar maaşlarını ala bilmirlər

Sabiq deputatlar maaşlarını ala bilmirlər backend

Milli Məclisin sabiq deputatları maaş ala bilmirlər.

Qaziler.az bildirir ki, Musavat.com-un əldə etdiyi məlumata görə, parlamentin səlahiyyət müddəti bitmiş çağırışının təkrar seçilməyən üzvləri onlar üçün nəzərdə tutulan maaşı (deputat maaşının 80%-i) ala bilmirlər.

Milli Məclisdən onlara bildirilib ki, spiker Oqtay Əsədov məzuniyyətdədir. Ona görə də maaşların verilməsi ləngiyir.

Məlumatı sabiq deputatların bir neçəsi Musavat.com-a təsdiqləyib.

Qeyd edək ki, sabiq deputatlar sonuncu dəfə noyabr ayının 12-sinə qədər olan maaşları alıblar.