Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət artırıldı

Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət artırıldı backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, sərəncama əsasən, "Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 avqust tarixli 3079 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 790; 2011, № 12, maddə 1208; 2013, № 8, maddə 959) 1-ci hissəsi ilə müəyyən edilmiş aylıq müavinətin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılacaq.