Buğa – Bu həftə özünüzün qəti qərarınızı qəbul etməkdən çəkinməyin. Yaxşı mütəxəssislərin məsləhətlərini qəbul edin. Həftənin əvvəli nəzərdə tutduğunuz işlərinizin açılışını edin. Həftənin ortasında kontraktlar bağlamaq məqsədəuyğundur.
Əkizlər – Tərəddüdlərinizi bir kənara qoyun. Bu həftə sizin həyatınızın növbəti mərhələsini müəyyən edəcək. Çalışın həftə ərzində öz gələcəyinizi müəyyənləşdirəcək planlar qurun. Bununçün imkanlarınız genişdir, ona görə də sizə uğurlar.
Xərçəng – Özünüzü çox işlə yükləməyin. Bir vaxtda çox işlər görmək istəyirsiniz. Çalışın işlərinizdə tarazlığı qoruyasınız. Həftə ərzində mənfi emosiyalardan uzaq olmağınız əsas şərtdir.
Şir – Bu həftə aktiv yaradıcılığınızı yubandırın. Müəyyən müddətə işlərinizi və planlarınızı dondurun. İndi yenilik üçün münasib vaxt deyil; onların da öz vaxtı yetişəcək. İndi ətalətli iş görmək vacibdir. Həftə ərzində fasilələrlə məyusluğunuz olacaq. Gözləməyi öyrənməyə çalışın.
Qız – Sizin şən əhval – ruhiyyəniz ətrafdakıların diqqətini çəkməkdədir. Nədən belə razısınız? Eybi yoxdur, z sevincinizi ailənizlə bölüşün. Yeməkdə müxtəlifliyə fikir verin. Ancaq həftə ərzində kofedən istifadə etməyin. Çalışın spirtli içkilərdən tam uzaq olasınız.
Tərəzi – Bu həftə yeni işlərə başlamaq üçün məqsədəuyğun vaxtdır. Başladığınız işi bitirə və özünüzün yeni imkanlarınızı aça bilərsiniz. Müxtəlif imkanlardan istifadə edərkən başınızı itirməyin. Özünüzü tam işə kökləyin. Qalan problemlərinizi asanlıqla həll edə biləcəksiniz. Hər şey uğurla tamamlanacaq.
Əqrəb – Öz gücünüzü əvvəlcədən müəyyənləşdirin. Bu həftə bütün işləri eyni vaxtda görmək mümkün olmayacaq. Sıçrayışla kritik vəziyyətdən çıxa bilməzsiniz. İndiki vaxtda gündəlik işlərlə, səbir və zaman tələb edən, gələcək üçün nəzərdə tutulan xırda işlərlə məşğul olsanız daha yaxşı olar. İkinci yarınızın deyinməsinə fikir verməyin. Səbirlə işlərinizi tamamlamağa çalışın. Əgər təbiətin qoynuna çıxsanız bu sizə ruh yüksəkliyi gətirəcək.
Oxatan – Düşünülmüş ciddi istəklərinizi həyata keçirmək üçün öz imkanlarınızı və gücünüzü səfərbərliyə alın. Sonra əməli işə keçin. Dayanmayın. Lazımi vaxtda siz lazımlı yerdə olacaqsınız. Həftə ərzində çalışdığınız müəssisə üçün uğurlu iş görə biləcəksiniz. Öz daxili imkanlarınıza şübhə etməyin.
Oğlaq – Həftə ərzində sizin arzularınızın yolunda uğursuzluq belə duruş gətirə bilməyəcək. Çalışqan və səbirli olun. Hazırkı işlərinizlə ciddi məşğul olun və yeni proyektlər üzərində işləyin. Lazım olan vəsait və dəstək vaxtında gələçək. Hətta maneələr də işin xeyrinə olacaq. Başladığınız işi sona çatdırmaq üçün sizin kifayət qədər gücünüz var.
Dolça – “Evdə darıxmaq ” üçün yaxşı həftədir. Mənzilinizi qaydaya salın. Yaxşı olar ki, tez –tez təmiz havada gəzəsiniz. Vacib problemlərin həllini sonraya saxlayın. Özünüzlə musiqi aləti götürüb tonqal ətrafında sevdiyiniz insanla, dostlarınızla xoşbəxtliyin dadını çıxarın. Bu sizinçün çox vacibdir.
Balıqlar – Çox güman ki, siz bu həftə seçim qarşısında qalacaqsınız. Düşünmək üçün bir dəqiqəniz varsa bundan sonra necə yaşayacağınızı düşünün və bunu özünüz üçün qərarlaşdırın. Əgər sevdiyiniz insandan ayrılmamaq sizin imkanınız xaricindədirsə tələsik hadisələri başqa axara yönəltməyə çalışın. Zahiri cəhətdən vəziyyəti olduğu kimi saxlayın. Lakin ailə həyatınıza və özünüzə baxışlarınızı dəyişmək lazım gələcək.