Bu gün Azərbaycanın Milli Qəhrəmanı Vasili Əhməd oğlu Əliyevin ad günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Vasili Əhməd oğlu Əliyevin ad günüdür backend

Azərbaycanın Milli Qəhrəmanı - ƏLİYEV VASİLİ ƏHMƏD oğlu- 15 yanvar 1959-cu ildə Qubadlı rayonunda doğulmuşdur. Orta təhsilini 1966-1976-cı illərdə almışdır. 1977-ci ildə orduya göndərilmişdir. 1989-cu ildə Qafan rayonunun Novruzlar kəndi yaxınlığında, Seytas, Novlu, Yuxarı Cibikli kəndlərinin müdafiəsində iştirak etmişdir. 1992-ci il…Oktyabrın 19-u…Hərbçilərlə birlikdə polis işçiləri də Qaraqaya yüksəkliyi uğrunda döyüşə başladılar. Döyüş uğurla başa çatdı. Oktabrın 20-də Topağac yüksəkliyini azad etmək üçün hücuma keçən Vasili öz dəstəsi ilə mühasirəyə düşdü, Vasili Əliyev son döyüşündə qəhrəmancasına şəhid oldu. Ailəli idi. İki övladı var. Azərbaycan Respuplikası prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Vasili Əhməd oğlu Əliyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Qubadlı rayonunun Şəhidlər xiyabanında dəfn edilmişdir. Qubadlı rayon Mədəniyyət evi və Diləli-Müskanlı kənd orta məktəbi qəhrəmanın adını daşıyır.

Azərbaycan Respuplikası prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Vasili Əhməd oğlu Əliyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.