QAZİLER.AZ saytından yaralı əsgərlə bağlı Nazirliyin açıqlamasına reaksiya

QAZİLER.AZ saytından yaralı əsgərlə bağlı Nazirliyin açıqlamasına reaksiya backend

QAZİLER.AZ saytı dünən ötən ilin yayında ermənilərin Ağdam istiqamətindəki hücumunun qarşısını alarkən ağır yaralanaraq hər iki ayağını itirən Azərbaycan əsgəri Sərxan Tahirzadənin qarşılaşdığı problemlərdən, ona olan biganəlikdən xəbər vermişdi. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məsələ ilə bağlı açıqlaması yayılıb.

Açıqlamada deyilir ki, Sərxan Tahirzadənin sosial müdafiəsinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən öz səlahiyyətləri çərçivəsində bütün müvafiq işlər aparılıb. Bununla bağlı QAZİLER.AZ saytı açıqlama yayıb. Açıqlamada deyilir:

“QAZİLER.AZ saytında ötən ilin iyulun 30-dan avqustun 1-nə keçən gecə ermənilərin Ağdam istiqamətindəki hücumunun qarşısını alarkən ağır yaralanaraq hər iki ayağını itirən əsgər Sərxan Tahirzadənin qarşılaşdığı problemlərdən, ona olan biganəlikdən bəhs edilən yazıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul şöbəsinin Bayrama adlı şəxsin, Azərsığorta Dövlət Şirkətinin və Lənkaran rayon icra hakimiyyətinin adları çəkilib. Saytın təsisçisi olan “Qarabağ qaziləri” birliyi dəfələrlə bəyan edib ki, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təyin edildiyi gündən Qarabağ əlillərinə, şəhid ailələrinə diqqət və qayğının artdığı nəzərəçarpacaq dərəcədə his olundu. Və onun bu qəbildən olan insanlara yanaşmasını təqdir edib. Hazırda müharibə insanlarının problemləri ilə, az-çox məşğul olan elə bu nazirlik və şəxsən Səlim Müslümovdur. Amma elə məsələlər var ki, şəxsən onluq deyil. Məsələn hazırda cəbhədə yaralanaraq 1-ci qrup olan əsgərə dövlət tərəfindən 77 manat pensiya, 150 manat isə prezident təqaüdü verilir. Və bu çox azdır. Bu məsələ dərhal və ciddi şəkildə müzakirə edilməlidir. Nazirlik səlahiyyətləri çərçivəsində öhdəsinə düşəni edib və edir. Amma Sərxan Tahirzadənin anası ilə nazirliyin qəbul şöbəsində Bayram adlı şöbə müdiri tərəfindən təhqir edilməsi yol verilməzdir. Yaxşı olar ki, nazirlik araşdırma aparıb bu məsələyə aydınlıq gətirsin. Özü də bu birinci hal deyil. Bu Bayram kimdirsə, dəflərlə Qarabağ əlilini təhqir edib. QAZİLER.AZ saytında o, üç yazıda tənqid edilib. S.Tahirzadənin digər problemi isə onun yaralandığına görə hələ də sığorta ala bilməməsidir. Bu da bir başa neçə müddətdir şəhidlərin və qazilərin qan pulunu verməyən Azərsığorta Dövlət Şirkətinin məsuliyyətidir. Başqa problem isə Lənkəran rayon icra hakimiyyətindədir”.
Diaspora