İlisuda kotecdə yanğın olub.
Qaziler.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Qax rayonu, İlisu kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus istirahət mərkəzində ümumi sahəsi 225 kv.m olan birmərtəbəli 4 otaqlı mansard tipli kotecin 2 otağının tavanı və mansardının döşəməsi 50 kv.m sahədə yanıb.Kotecin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.