Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində NATO-nun Birləşmiş Təhlil və Öyrənilmiş Təcrübələr Mərkəzinin ekspertlər qrupu tərəfindən təlim kursu başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kursda Silahlı Qüvvələrin şəxsi heyəti üçün NATO-da öyrənilmiş təcrübələr şəbəkəsinin qurulması və bu prosesin hansı mərhələləri əhatə etməsinə dair təqdimatların verilməsi nəzərdə tutulub. Təlim kursu martın 5-dək davam edəcək.Bakıda NATO ekspertlərinin təlim kursu başlayıb

