Sürüclərin qayda pozuntuları ilə bağlı tərtib edilən elektron protokollar mərkəzi informasiya sisteminə ya gec, ya da ümumiyyətlə yerləşdirilmir.
Nəticədə qayda pozmuş sürücülər cərimələrini ödəyə bilmirlər. Yeni qaydalara görə, bu məlumat bir ay ərzində sistemə yerləşdirilməsə onda həmin protokolar qüvvədən düşmüş sayılacaq.Qaziler.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sürücülərin bu tipli narahatlıqlarına son qoyulur. Bu məsələ mayın 1-də qüvvəyə minəcək İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Yeniliyə görə, texniki vasitələrin köməyi ilə qeydə alınan qayda pozuntuları ilə bağlı məlumatların sürücünün elektron kabinetində yerləşdirilməsi müddəti konkretləşib.
Bu dəyişikliyi etməkdə əsas məqsəd qayda pozuntularına görə nəzərdə tutulan cərimələrin vaxtında ödənməsini təmin etməkdir.