Bu gün Lənkəran rayonunun Liman şəhərində bir qrup rayon sakini aksiya keçirib. APA-nın məlumatına görə, aksiya iştirakçıları Ələt-Astara magistralını bağlamağa cəhd göstəriblər.
Hadisə yerinə polis qüvvələri cəlb edilib, eyni zamanda rayon icra hakimiyyətinin rəsmiləri gəlib.Lənkəran şəhər İcra Hakimiyyətindən APA-ya bildirilib ki, aksiya insidentsiz ötüşüb: “Bu gün 100-ə yaxın sakin Ələt-Astara yolunu bağlamağa cəhd edib. Lənkəran şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin onlarla profilaktik söhbətindən sonra aksiya iştirakçıları dağılışıblar. Hazırda Liman şəhərində və rayon ərazisində vəziyyət sabitdir”.