Yanvarın 19-u, saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunan konsert keçiriləcək.
Filarmoniyadan Lent.az-a verilən məlumata görə, konsertdə xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək.Proqramda T. Albinoni, Fr. Veroçini, C. Perqolezi və İ. Baxın əsərləri səslənəcək.