Sumqayıtda avtobus qəzası: ölən və yaralananlar var

Sumqayıtda avtobus qəzası: ölən və yaralananlar var backend

Sumqayıtda ağır yol qəzası baş verib. QAZİLER.AZ saytının Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, yanvarın 11-də saat 17 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində şəhər sakinləri Amid Cəfərovun idarə etdiyi “Mercedes” və Canlar Hüseynovun 3 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı (avtobus) avtomobillər toqquşub.

Nəticədə A.Cəfərov hadisə yerində ölüb, C.Hüseynovun 2 sərnişininə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.