AMEA Fəlsəfə və Hüquq İnstitunun İctimaiyyətlə əlaqələrə məsul şəxs Rəşad Sahilin QAZİLER.AZ-a verdiyi məlumata görə, “Təknur” nəşriyyatı tərəfindən AMEA Fəlsəfə və Hüquq İnstitunun direktoru, f.ü.elmlər doktoru, preofessor İlham Məmmədzadənin və fəlsəfə üzrə fəlsəfə doktoru Zemfira Göyüşovanın birgə müəllifliyi ilə “Modern, Həsən bəy Zərdabinin maarifçilik ideyaları və maarifçilik fəlsəfəsi” adlı yeni kitabları çap edilib.
Üç fəsildən ibarət olan kitabın birinci fəslində maarifçilik fəlsəfəsi və mənəvi mirasın interpretasiyası, maarifçilik fəlsəfəsi və metodologiyalar (universal və xüsusi) haqqında;İkinci və üçüncü fəsillərdə isə maarifçilik anlayışında E.Kantın fəlsəfəsinin dəyəri, fəlsəfə və tarix məsələlərindən bəhs olunur.
Həmçinin, kitabda müəlliflər maarifçilik fəlsəfəsində dərk edilməyən və maarifçilərin irsinə səthi yanaşıldığı haqqında fikrilərini bölüşüblər.
Rus dilində çap olunan kitabın Elmi redaktoru M.M Məmmədov, rəsyçiləri isə D. M Müslümzadə və A.A. Əli-zadədir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.