Məlumat Hesablama Mərkəzinin direktoru və müavini işdən çıxarıldı

Məlumat Hesablama Mərkəzinin direktoru və müavini işdən çıxarıldı backend

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzinin (MHM) direktoru Nail Mərdanov tutduğu vəzifədən uzaqlaşdırılıb. Bu barədə "APA-Economics"ə MHM-dən məlumat verilib.

Bildirilib ki, N.Mərdanovla yanaşı, onun müavini Nazim Mədətov da işdən çıxarılıb.

N.Mədətovun yerinə Elnar Əsədov təyin olunub. E.Əsədova eyni zamanda MHM-in direktoru vəzifəsinin müvəqqəti icrası təmin olunub.