Paytaxtın Səbail rayonunda yerləşən Nizami küçəsində təmir işləri davam etdirilir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, artıq sözügedən küçənin Fikrət Əmirov küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində işlər başa çatdırılıb. Həmin ərazidə beton səki daşları mərmər səki daşları ilə əvəzlənib, asfalt-beton ortüyünün döşənməsi yekunlaşıb. Sabahdan etibarən həmin küçənin Azadlıq prospekti ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir aparılacaq.