"Azərpoçt"un rəhbərinin səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilib. MMC-dən Trend-ə verilən məlumata görə, Sübhan Kazımov "Azərpoçt" MMC-nin baş direktorunun səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilib.
S.Kazımov "Azərpoçt"da 2002-ci ildən işləyir. O əvvəlcə MMC-nin Texniki şöbəsinin müdiri vəzifəsində çalışıb. 2004-cü ilin iyulundan isə "Azərpoçt" MMC-nin baş direktorunun müavini vəzifəsini tutur.



