“Qafqaz və ermənilər” kitabının təqdimat mərasimi keçirildi

“Qafqaz və ermənilər” kitabının təqdimat mərasimi keçirildi backend

Martın 3-də AMEA Ədəbiyyat İnstitutunun Elektron akt zalında Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Rauf Hüseynzadənin rus dilində “Qafqaz və ermənilər” kitabının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli kitabın tarixi əhəmiyyətindən söz açdı. Bildirdi ki, təqdim olunan yeni nəşr XIX – XXI əsrlərin başlanğıcında Qafqazda baş verən çoxvektorlu proseslər yerli siyasi strukturlarla böyük regional dövlətlərin münasibətlərinin xarakteriylə bağlı, həmçinin Qafqaz meqaregionu üçün dövri əhəmiyyətə malik olan geosiyasi hadisələrlə zəngin bir sıra mərhələlərdən ibarətdir. Akademik qeyd etdi ki, XIX əsrin başlanğıcında ermənilərin Qafqaza köç etməsi və bu hadisələrin yerli əhaliyə, ilk növbədə müsəlmanlara mənfi təsirini buna misal olaraq göstərmək olar.
Akademik İsa Həbibbəyli yeni nəşrin gələcəkdə aparılacaq tədqiqatlar üçün önəmli tarixi mənbəyə çevriləcəyini bildirdi. Qeyd etdi ki, kitabın əsas ideyası ermənilərin Qafqaz əsilli olmadığını sübut etməkdir. Onlar, alloxtonlar - gəlmələr olaraq yalnız XIX əsrdə kütləvi halda Qafqaza köç etmişlər. Erməni etnosu üçün dövri olan bu hadisə Rusiya imperiyasının məqsədyönlü köçürülmə siyasətinin sayəsində həyata keçmişdir.
Sonra çıxış edən Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova mütəxəssis-tarixçi və Qafqaz meqaregionu problemləri ilə maraqlananlar üçün nəzərdə tutulmuş aktuallıq kəsb edən yeni nəşrin elmi əhəmiyyətini yüksək qiymətləndirdi, bu istiqamətdə araşdırmaların Azərbaycan tarixinin öyrənilməsində son dərəcə önəmli olduğunu söylədi.
Tədbirdə Əliağa Məmmədlinin “R.Hüseynzadənin “Qafqaz və ermənilər” əsərinin “Böyük Ermənistan” mifinin ifşasında rolu”, İradə Bağırovanın “Qafqaz və ermənilər” əsərində erməni siyasi partiyalarının terrorçu fəaliyyətinin işıqlandırılması”, Fəzail Vəliyevin “Ermənilərin Qafqaza köçürülməsi və onun Azərbaycana mənfi nəticələri R.Hüseynzadənin tədqiqatında” mövzusunda məruzələri dinlənildi. Kitabın dünyanın müxtəlif dillərinə tərcümə olunaraq dünya ictimaiyyətinə yayılmasının vacibliyi vurğulandı.
Diaspora