“I Avropa Oyunlarının əsas yayımçısı Böyük Britaniyanın IBC televiziya şirkəti olacaq”. “APA-Economics” xəbər verir ki, bunu Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov Böyük Britaniya baş nazirinin ticarət məsələləri üzrə elçisi Çarls Hendri ilə görüşü zamanı bildirib.
Ə.Abbasovun sözlərinə görə, “İBC” kampaniyasının əsas yayım kampaniyası olması çoxdan müəyyən olunub: “Lakin əsas odur ki, “İBC” dörd süni peyk vaistəsilə oyunları dünyaya yayımlayacaq ki, məhz həmin dörd peykdən biri “Azərspace-1” peykidir”.Nazir əlavə edib ki, bununla da ilk dəfə İngiltərə şirkəti Azərbaycan kosmik peykindən istifadə etmiş olacaq.