Hacıqabul rayonu ərazisində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata görə, yerli vaxtla 04:45:24-də, Saatlıdan 37 km şimali-şərqdə, Hacıqabul rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.1, dərinliyi 47 km olub.
Zəlzələ hiss olunmayıb.