Bakıda hava çiskinli olacaq, bölgələrdə qar yağacaq

Bakıda hava çiskinli olacaq, bölgələrdə qar yağacaq backend

Yanvarın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman, axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 4, gündüz 7-12 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq.



Yanvarın 8-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, lakin axşam bəzi qərb rayonlarında sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcədə isti, dağlarda gecə 5, yüksək dağlıq ərazilərdə 9-14 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.