Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Gündüz cənub şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Lent.az-a bildirib ki, havanın temperaturu gecə 4-6, gündüz 7-10 dərəcə isti olacaq. Bölgələrdə sabah yağış yağacaq. Dağlıq və dağətəyi rayonlarda sulu və qar yağacaq. Şərq küləyi əsəcək və dağlıq ərazilərdə arabir güclənək. Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq. Dağlıq rayonlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcə qədər isti olacaq. Gündüz isə 1-6 dərəcə isti olacağı gözlənilir. Bu cür hava iki gün davam edəcək.