“Bu Şəhərdə” Xankəndidə konsert proqramı ilə çıxış edib

“Bu Şəhərdə” Xankəndidə konsert proqramı ilə çıxış edib backend

Noyabrın 29-da Xankəndi şəhərində ilk dəfə “Bu Şəhərdə”nin 26 yaşı münasibətilə konsert proqramı keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 

Rafael İsgəndərov və Coşqun Rəhimovun təqdim etdiyi konsert proqramı şəhərin Mədəniyyət Mərkəzində baş tutub.

Şəhər sakinlərinin böyük marağına səbəb olan konsert proqramında maraqlı səhnəciklər, performanslar və yumoristik çıxışlar tamaşaçılarda xoş ovqat yaradıb, böyük maraq və alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Bu Şəhərdə”nin Xankəndidə səhnəyə çıxması, şəhərin yalnız tarixi və siyasi hadisələrlə deyil, həm də mədəniyyət, incəsənət və sosial həyatla tanınmasına töhfə verir.

Bu gün Xankəndidə gülüşün səsi eşidilir. Bu, doğma yurdda həyatın bərpasının, sevincin, ümidin və qayıdışın səsidir.