“Bakının 3 rayonunda su təchizatı dayandırılmayacaq“ - “Azərsu“

“Bakının 3 rayonunda su təchizatı dayandırılmayacaq“ - “Azərsu“ backend

Bakı şəhəri Heydər Əliyev prospektindən keçən magistral su xətlərinin yerinin dəyişdirilməsi işləri texniki məsələlərlə bağlı təxirə salınıb.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar yanvarın 7-də Sabunçu və Nərimanov rayonlarının Böyükşor gölü ətrafı, eləcə də Nizami rayonunun Mikayıl Əliyev və Çobanzadə küçələri boyu ərazilərinin içməli su təchizatı dayandırılmayacaq.