Milli Qəhrəmanın qardaşına vəzifə verildi

Milli Qəhrəmanın qardaşına vəzifə verildi backend

Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Famil Teymurov Lənkəran Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktorunun vəzifələrinin müvəqqəti icrasına təyin edilib.

 

Trend-in əldə etdiyi məlumata görə, Famil Nurməmməd oğlu Teymurov Mərkəzə metodist vəzifəsinə təyin olunub, eyni zamanda direktorun vəzifələrinin müvəqqəti icrası ona həvalə edilib.

 

Famil Teymurov 2012-ci ildən Şəhid Bəxtiyar Rüstəmov adına Asxanakəran kənd tam orta ümumtəhsil məktəbində müəllim, daha sonra isə tədris işləri üzrə direktor müavini vəzifələrində çalışıb.