Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanı yola salınıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanı yola salınıb.
Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.
Bu mərhələdə ümumilikdə 73 ailə – 271 nəfər doğma yurduna qayıdır.
Ağdərə rayonunun Vəngli kəndinə 10 ailə – 42 nəfər, Çıldıran kəndinə 15 ailə – 49 nəfər, Kolatağ kəndinə 2 ailə – 6 nəfər, Heyvalı kəndinə isə 1 ailə – 1 nəfər köçürülüb.
Xocalı rayonunun Badara kəndinə 4 ailə – 7 nəfər, Xanyurdu kəndinə 9 ailə – 32 nəfər, Xanabad kəndinə 8 ailə – 33 nəfər köç edib.
Xocavənd şəhərinə 7 ailə – 30 nəfər, rayonun Quzeyxırman kəndinə isə 17 ailə – 71 nəfər köçürülüb.