Xalq artisti Elmira Şabanova vəfat edib

Xalq artisti Elmira Şabanova vəfat edib backend

Xalq artisti Elmira Şabanova 86 yaşında vəfat edib.

Qaziler.az xəbər verir ki, bu barədə "Report.az"a mərhum aktrisanın qızı Leyla Şabanova məlumat verib.

Qeyd edək ki, Elmira Balahüseyn qızı Şabanova 1940-cı il noyabrın 1-də Bakıda anadan olub. 1958–1962-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq, 1969-cu ildə isə rejissorluq fakültələrini bitirib. 1962–1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim və dosent kimi fəaliyyət göstərib. O, "Azərbaycanfilm" kinostudiyasında 30-a yaxın bədii filmə çəkilib və müxtəlif televiziya-radio layihələrində rol alıb.