Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcər rayonuna köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir.
Bu barədən Qaziler.az-a nazirlikdən bildirilib.
Həmin sakinlərdən artıq 267 şəxs məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan:
255 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, 26 nəfəri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb),
12 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.
Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.
