Yağıntılı hava şəraiti neçə gün davam edəcək?

Yağıntılı hava şəraiti neçə gün davam edəcək? backend

Noyabrın 25-i gündüz saatlarından başlayaraq Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacaq. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın maksimal temperaturu 12-14 dərəcə isti təşkil edəcək.

Qaziler.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O, həmçinin bildirib ki, bölgələrdə də noyabrın 25-i şimal və qərb rayonlarından başlayaraq fasilələrlə yağıntılı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur. Havanın maksimal temperaturu aran rayonlarında 14-18, dağlıq ərazidə 5-8 dərəcə isti təşkil edəcək.

Gülşad Məmmədova deyib ki, noyabrın 26-da ölkə ərazisində hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.