Azərbaycanda dini təhsil alan qızların sayı açıqlandı

Azərbaycanda dini təhsil alan qızların sayı açıqlandı backend

"Qadınların cəmiyyətdəki rolunun mühüm təzahürlərindən biri də onların dini maarifləndirmə prosesində iştirakıdır".

Qaziler.az xəbər verir ki, bunu "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.

O bildirib ki, ailədə uşaqların dünyagörüşünün formalaşmasında qadının roluna nəzərən, bu istiqamətdə maarifləndirmənin daha geniş ictimai nəticələr doğurduğu aydın görünür:

"Bu sahədə fəaliyyətimizin əsas istiqamətlərindən biri qadınların sağlam və akademik əsaslara söykənən dini təhsil almaq imkanlarının genişləndirilməsidir. Komitənin yanında fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda təhsil alan tələbələrimiz, o cümlədən qızlarımıza dini mənbələri akademik əsaslarla öyrənmək, dinin tarixi və fəlsəfəsi ilə bağlı biliklərə yiyələnmək üçün yaradılmış şərait bu kontekstdə xüsusi vurğulanmalıdır.

Hazırda institutda 318 tələbə təhsil alır, onlardan 98 nəfəri qızdır. Eyni zamanda, daha 4 qız tələbə təhsilini magistratura səviyyəsində davam etdirir. İndiyədək bu ali təhsil ocağından bakalavriat səviyyəsi üzrə 126, magistratura üzrə 13, doktorantura üzrə 5, dissertantura üzrə isə 1 nəfər olmaqla, ümumilikdə 145 qadın məzun olub. Azərbaycan İlahiyyat İnstitutunun yanında fəaliyyət göstərən Bakı İlahiyyat Kollecində isə hazırda 19 qız tələbə təhsilini davam etdirir, bu günədək 4 qız məzun olub. Bu göstəricilər qadınların dini təhsilin müxtəlif pillələrində iştirakını, onların elmi və peşəkar hazırlığı üçün yaradılmış imkanları əks etdirir.

Bu prosesdə tələbələrin akademik nailiyyətlərinin təşviqi də diqqətdə saxlanılır".

Oxu.az