"Koroğlu" metrostansiyası ərazisində idmançıların Atletlər kəndindən idman arenalarına daşınması məqsədilə nəzərdə tutulan avtobusların saxlanılması üçün müvəqqəti dayanacaq meydançaları inşa olunur.
Lent.az-ın xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyin “Azəryolservis” ASC mətbuat xidmətindən məlumat verilib. Dayanacaq meydançalarını ayırmaq məqsədilə həmin əraziyə səki daşları düzüləcək. Bununla da hər arenaya gedən avtobusların duracaq yerləri müəyyənləşəcək. Sözügedən meydança drenaj sistemi ilə təmin olunub. Bundan əlavə həmin ərazidə işıqlandırma və digər abadlıq işləri nəzərdə tutulub.