“Bu günə olan USD/AZN məzənnəsi sabah da qüvvədə qalacaq“

“Bu günə olan USD/AZN məzənnəsi sabah da qüvvədə qalacaq“ backend

Bu gün banklararası valyuta bazarında heç bir əməliyyat keçirilməyib.

Qaziler.az bildirir ki, bu barədə "APA-Economics"ə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Bildirilir ki, bu səbəbdən Mərkəzi Bankın bu günə olan USD/AZN məzənnəsi yanvarın 7-də də qüvvədə qalacaq.

Xatırladaq ki, bu gün USD/AZN məzənnəsi 1,15626 olub.