Hacıqabulda ölüm hadisəsi baş verib.
Qaziler.az APA-ya istinadən xəbər verir ki, Şirvan sakini, 1981-ci il təvəllüdlü Namiq Babayev kanalizasiya quyusuna düşərək ölüb.
Hadisə Hacıqabul şəhərində qeydə alınıb.
Mərhum fiziki əngəlli və epilepsiya xəstəsi olub. Ehtimal edilir ki, o, epilepsiya keçirərək qapağı olmayan kanalizasiya quyusuna düşüb.
Faktla bağlı araşdırma aparılır.

