Tacikistan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır

Tacikistan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır backend

Tacikistan hakimiyyəti Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmaq barədə Birləşmiş Millətlər Təşkilatına (BMT) rəsmi bildiriş göndərib və bu qərar 2027-ci il noyabrın 20-də qüvvəyə minməlidir.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 23-də BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən təqdim edilən sənədlərdə bildirilir.

Dərc olunmuş məlumata əsasən, Düşənbənin Roma Statutunda iştirakını dayandırmaq haqqında bəyanatı 2026-cı il noyabrın 20-də daxil olub. Beləliklə, qurumdan çıxış prosedurunda nəzərdə tutulan birillik müddət gələn il noyabrın 20-də başa çatacaq.

QAZİLER.AZ