Şəkidə 4 yaşlı uşağı it dişləyib

Şəkidə 4 yaşlı uşağı it dişləyib backend

Şəkidə azyaşlı küçə itinin hücumuna məruz qalıb.

Qaziler.az "Report.az"a istinadla xəbər verir ki, hadisə bu gün şəhərin Salman Mümtaz küçəsində baş verib.

Belə ki, Bakı şəhər sakini olan 4 yaşlı S.B-ni küçə iti dişləyib.

Azyaşlı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ budun yuxarı üçdəbir hissəsinin deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.