Sabiq rektorun xanımı Nərman Qocatürkün ölümü ilə bağlı iddialara cavab verdi

Sabiq rektorun xanımı Nərman Qocatürkün ölümü ilə bağlı iddialara cavab verdi backend

"Cənab Prezidentin hər sərəncamına hörmət və ehtiramla yanaşırıq. Yeni təyinat uğurlu olsun. Ümidvaram ki, hər şey yaxşı olacaq".

Qaziler.az xəbər verir ki, bu sözləri "Teleqraf"a açıqlamasında Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunan Elçin Babayevin həyat yoldaşı - Milli Oftalmologiya Mərkəzinin bölmə rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva deyib.

"Elçin müəllim hər zaman öz missiyasını vicdanla, zəhmətlə və sevərək yerinə yetirib", - deyə o qeyd edib.

Y.Abdıyeva həyat yoldaşının vəzifəsindən çıxarılması ilə Bakı Dövlət Universitetinin dosenti, baş müəllim Nərman Süleymanovun (Qocatürk) ölümü arasında hər hansı əlaqənin olmadığını bildirib:

"Bunların bir-biri ilə heç bir əlaqəsi yoxdur".

Qeyd edək ki, jurnalist Şərəf Cəlilli "Kult.az"a açıqlamasında həyat yoldaşı Nərman Süleymanovun rektorun qurbanı olduğunu söyləyib.