Nərman Qocatürkün meyiti tapıldı

Nərman Qocatürkün meyiti tapıldı backend

Bakı Dövlət Universitetinin dosenti, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının baş müəllimi Nərman Süleymanov (Qocatürk) faciəvi şəkildə vəfat edib.

Qaziler.az “qafqazinfo.az”a istinadla xəbər verir ki, onun meyiti noyabrın 18-i saat 19 radələrində Yasamal rayonunda yaşadığı evdə aşkar edilib.

1967-ci il təvəllüdlü Nərman Salman oğlu Süleymanovun ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Qeyd edək ki, bir müddət əvvəl N.Süleymanov barəsində xoşagəlməz məzmunlu iddialar səsləndirilirdi.