Sabah bu rayonda qaz olmayacaq

Sabah bu rayonda qaz olmayacaq backend

Noyabrın 20-də Qəbələnin bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq.

Qaziler.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Məlumata görə, təmir-quraşdırma ilə bağlı saat 09:30-dan işlər yekunlaşanadək Qəbələ rayonu Yeni qəsəbə, Şəhriyar, F.Rəhimov, A.Səhhət, Z.Əliyeva, Nəsimi, Natəvan, A.Bakıxanov, S.Vurğun, V.Qəhrəmanov, Musabəyova, Nizami, Haqverdiyev, P.Həşimov, İ.B.Qutqaşınlı, H.Əliyev pr, Q.Həmidov, İ.Qayıbov, Şirvani, M.F.Axundov və M.Ə.Sabir küçələrinin qaz təchizatında müvəqqəti fasilə olacaq.