Azərbaycanda 6 vəkil Kollegiyadan xaric edilib

Azərbaycanda 6 vəkil Kollegiyadan xaric edilib backend

Azərbaycanda 2026-cı ilin əvvəlindən indiyədək yol verilmiş intizam pozuntularına görə 6 vəkil Vəkillər Kollegiyasından xaric edilib, 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 27-si barəsində cərimə tətbiq olunub.

Qaziler.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, 2026-cı ilin yanvar ayından indiyədək fiziki və hüquqi şəxslərdən, dövlət və qeyri-dövlət qurumlarından daxil olan müraciətlər əsasında 123 iş üzrə intizam icraatı başlanılıb.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam işləri üzrə ümumilikdə 102 qərar qəbul edilib.

Qəbul edilən qərarlara əsasən, 11 vəkilə xəbərdarlıq edilib, 9 vəkilə töhmət verilib. İki vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb. Bununla yanaşı, 14 vəkilin gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.