Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxıldı

Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxıldı backend

Gəncədə 42 yaşlı şəxs 4-cü mərtəbədən yıxılıb.

Qaziler.az "Teleqraf.az"a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

1984-cü il təvəllüdlü Arzu Baxşəliyev binanın 4-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb. 42 yaşlı şəxs Gəncədə yerləşən xəstəxanalardan birinə aparılıb.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma başlanılıb.