İşçilərin narkoloji müayinəsi ilə bağlı yeni qərar verildi

İşçilərin narkoloji müayinəsi ilə bağlı yeni qərar verildi backend

İşçilərin davranışında psixikaya təsir göstərən maddənin təsiri altında olmalarına dair əsaslı şübhə yarandıqda onların dərhal narkoloji müayinədən keçirilməsi tələb olunacaq.

Qaziler.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası”nda dəyişiklik edilməsi barədə imzaladığı qərarda əksini tapıb.

Qərara əsasən, müvafiq peşə fəaliyyəti ilə məşğul olan şəxslər əmək funksiyalarını yerinə yetirərkən davranışlarında belə şübhələr yarandığı halda əsaslandırılmaqla dərhal dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən keçməlidirlər.