İşğaldan azad edilmiş ərazilərdə noyabrın 2 - dən 15-dək aparılan minatəmizləmə əməliyyatları zamanı ümumilikdə 185 mina və digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib.
Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən həyata keçirilən əməliyyatlar zamanı 152 piyada əleyhinə mina, 33 tank əleyhinə mina və 1343 digər partlayıcı sursat aşkar edilib.
Hesabat dövründə ümumilikdə 14 595 211 kvadratmetr, yəni 1459,5 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları ANAMA və bu fəaliyyətə cəlb olunmuş digər qurumlar tərəfindən davam etdirilir.

