Qızından sabiq nazirlə bağlı paylaşım - FOTO 

Qızından sabiq nazirlə bağlı paylaşım - FOTO  backend

Rejissor Suada Qarayeva sabiq mədəniyyət naziri Əbülfəs Qarayevlə bağlı paylaşım edib.

Qaziler.az "axşam.az"a istinadla xəbər verir ki, rejissor atasının yeni fotosunu yayımlayaraq onu doğum günü münasibətilə təbrik edib.

"70 yaşını qeyd edir. İlk və ən yaxşı dostumun ad günü mübarək", - deyə sabiq nazirin qızı yazıb.

Qeyd edək ki, Əbülfəs Qarayev 2006-2020-ci illərdə mədəniyyət naziri vəzifəsində çalışıb.