Naxçıvanda qəzaya düşən qazilərin vəziyyəti açıqlanıb

Naxçıvanda qəzaya düşən qazilərin vəziyyəti açıqlanıb backend

Naxçıvan-Ordubad magistral yolunun Ordubad rayonunun Aşağı Əylis kəndi yaxınlığında baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti məlum olub.

Qaziler.az "Report.az"a istinadla xəbər verir ki, qəza nəticəsində xəsarət alan 1994-cü il təvəllüdlü Əmrah İmamverdi oğlu Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib.

1990-cı il təvəllüdlü, Naxçıvan MR Ali Məclisinin deputatı Təbriz Eyvaz oğlu Zeynalovun müalicəsi isə nevrocərrahiyyə şöbəsində davam etdirilir.

Bildirilib ki, hər iki şəxsin vəziyyəti stabil orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.