Qardaşı ilə oynayan 13 yaşlı qız bıçaq xəsarəti aldı - Təfərrüat

Qardaşı ilə oynayan 13 yaşlı qız bıçaq xəsarəti aldı - Təfərrüat backend

Bakıda 13 yaşlı qızın bıçaq xəsarəti almasının təfərrüatı məlum olub.

Qaziler.az "oxu.az"a istinadla xəbər verir ki, hadisə gecə saatlarında paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində mənzillərdən birində baş verib.

2013-cü il təvəllüdlü A.Məmmədova evdə autizm xəstəliyindən əziyyət çəkən 2022-ci il təvəllüdlü qardaşı ilə oynayırmış və həmin vaxt oğlanın əlində bıçaq olub. Yeniyetmə qız qardaşını qucaqlayarkən ehtiyatsızlıqdan qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.