Sumqayıtda yol çöküb - FOTO 

Sumqayıtda yol çöküb - FOTO  backend

Sumqayıt şəhərində kanalizasiya xəttində baş verən qəza yolun çökməsinə səbəb olub.

Qaziler.az "Report.az"a istinadla xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Küçədən keçən 650 millimetrlik kanalizasiya xəttində yaranan qəza nəticəsində yolun müəyyən hissəsində çökmə baş verib.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, hazırda ərazidə qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.