Rusiyanın Başqırdıstan Respublikasının Beloretsk rayonunun Tirlyan kəndindən olan İkinci Dünya Müharibəsi veteranı İvan Fadeyev 102 illik yubileyini qeyd edib.
Qaziler.az bildirir ki, bu barədə Beloretsk rayonunun başçısı Azat Xakimov özünün "Telegram" kanalında məlumat verib.
Məlumata görə, o, 1942-ci ildə cəbhəyə çağırılıb. "İlk döyüş sınağından 1943-cü ilin martında keçib. Şimal-Qərb cəbhəsində hava hücumundan müdafiə qoşunlarında xidmət edib. 1943-cü ilin Staraya Russa hücum əməliyyatında və Varşavanın alınmasında iştirak edib. Öz artilleriya alayı ilə bütün Avropanı keçərək müharibəni Reyxstaqın divarları önündə başa vurub. İvan Pavloviç ömrünün böyük hissəsini tornaçı kimi çalışıb", — deyə rayon rəhbəri bildirib.
Xakimovun sözlərinə görə, 102 yaşlı Fadeyev bələdiyyə ərazisində sağ qalan yeganə veterandır.
QAZİLER.AZ

