Azərbaycanda ən uzunömürlü pensiyaçının neçə yaşı var?

Azərbaycanda ən uzunömürlü pensiyaçının neçə yaşı var? backend

Azərbaycanda yaşı 100 və daha çox olan pensiya və ya müavinət alanların sayı açıqlanıb.

Qaziler.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, ölkədə yaşı 100 və daha çox olan pensiya və ya müavinət alanların sayı 264 nəfərdir:

"Onların 35-i kişi, 229-u qadındır. Ən yaşlı şəxsin 122 yaşı var və qadın pensiyaçıdır".

Oxu.az