Polad Həşimovun anasının vəziyyəti açıqlandı

Polad Həşimovun anasının vəziyyəti açıqlandı backend

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb.

Qaziler.az "oxu.az"a istinadla xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:

"Hazırda pasiyentin ümumi vəziyyəti stabildir. Müalicə həkimi, nefroloq və endokrinoloq tərəfindən mütəmadi olaraq qiymətləndirilir. Pasiyent həkim nəzarətində saxlanılır".

Qeyd edək ki, Səmayə Həşimovanın xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatı Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova verib.