Qubada avtomobil dərəyə yuvarlanıb - Ölən var

Qubada avtomobil dərəyə yuvarlanıb - Ölən var backend

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qaziler.az "Report.az"a istinadla xəbər verir ki, hadisə rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Lada-Niva" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini dərəyə aşırıb. Nəticədə sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sərnişinlərdən biri xəstəxanaya aparılarkən yolda ölüb.

Ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilib. Belə ki, Yuxarı Tüləkəran kənd sakini, 1995-ci il təvəllüdlü Nurəli Əlirzayevin idarə etdiyi "Lada-Niva" markalı avtomobilin aşması nəticəsində avtomobildə olan sərnişin, 2003-cü il təvəllüdlü Fəqan Ədilov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Sürücü Nurəli Əlirzayev və digər sərnişin, 2005-ci il təvəllüdlü Nuray Ədilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.