Qarabağ müharibəsi veteranı Füzuli Rzaquliyevin yas mərasimi Bakıxanovda keçiriləcək

Qarabağ müharibəsi veteranı Füzuli Rzaquliyevin yas mərasimi Bakıxanovda keçiriləcək backend

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri, Qarabağ müharibəsi veteranı Füzuli Ədəb oğlu Rzaquliyevin 3-7 yas mərasimi 11 noyabr 2026-il tarixində "El" mərasim evində təşkil olunacaq.

Bu barədə Qaziler.az-a Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu bildirib.

Rey Kərimoğlu qeyd edib ki, yas mərasimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 146-da keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bu gün vəfat edib.

Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Füzuli Rzaquliyevin insultdan dünyasını dəyişib.

QAZİLER.AZ